Temperatur 32 dərəcəyə yüksələcək

Mayın 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
Bəzi yerlərdə zəif duman olacaq.Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən PİA.AZ-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 14-17° isti, gündüz 26-31° isti, Bakıda gecə 15-17° isti, gündüz 28-30° isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək.  Lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.Səhər bəzi yerlərdə duman olacaq.  Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 27-32° isti, dağlarda gecə 5-10° isti, gündüz 14-19° isti olacağı gözlənilir.pia.az