Ukraynalı boksçu Kliçko nokautla məğlub olub - Video

Ukraynalı boksçu Vitali Kliçko Beynəlxalq Boks Federasiyası (IBF) və Dünya Boks Assosiasiyası (WBA) versiyaları üzrə superağır çəkidə dünya çempionu titullarını qazana bilməyib
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, V.Kliçko Londonun “Uembli” stadionunda keçirilən 12 raundluq döyüşün 11-ci raundunda britaniyalı Entoni Coşuaya texniki nokautla uduzub. Ukraynalı boksçu bu dəfə də 2006-cı ildə (IBF) və 2011-ci ildə (WBA) sahib olduğu iki mötəbər versiya üzrə çempion titullarını qaytarmağa nail olmayıb.Hazırda 41 yaşlı V.Kliçkonun hesabında 64 qələbə (53-ü nakautla), 5 məğlubiyyət var. 27 yaşlı Entoni Coşua üçüncü dəfə İBF versiyasında dünya çempionu titulunu qoruya bilib. O, hələ də professional rinqdə məğlubiyyət acısı dadmayıb: 19 qələbə - hamısı da nokautla...Kliçko-Coşua döyüşünü 90 minə yaxın tamaşaçı izləyib. Bu, stadionun kassa rekordudur.Bildirilir ki, stadionda bundan əvvəlki rekord 2014-cü ildə, britaniyalı Karl Froçe ilə Corc Qrouvzun döyüşündə qeydə alınıb – 77 min tamaşaçı...pia.az