Gələn aydan bu rayonda su təchizatı məhdudlaşdırılacaq

Pirallahı rayonunda suyun verilişində məhdudiyyətlər olacaq
“Azərsu” ASC-dən verilən məlumata görə, Pirallahı qəsəbəsini içməli su ilə təmin edən Zirə-Pirallahı magistral su xətti üzərində yeni birləşmənin aparılması ilə əlaqədar 01 may 2017-ci il tarixdə saat 09:00-dan etibarən gün ərzində Pirallahı qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.pia.az