“Qara bazar”da dollar hansı səbəbdən bahalaşır?

Əkrəm Həsənov: “İndiki durumda valyutadəyişmə məntəqələri bərpa edilsə belə, bu “qara bazar”da dolların bahalaşmasının qarşısını ala bilməyəcək”
““Qara bazar”da dolların bahalaşması əsasən yaxın günlərdə dolların bahalaşacağı gözləntiləri ilə bağlıdır”.Bu sözləri bank üzrə ekspert Əkrəm Həsənov “qara bazar”da dolların bahalaşmasına münasibət bildirərkən PİA.AZ-a açıqlamasında qeyd edib.Qeyd edək ki, son 3 gündə ardıcıl olaraq “qara bazar”da dollar bahalaşmaqda davam edir və artıq yenidən 1.70 manat həddinə yaxınlaşır. Lakin bu bahalaşma banklarda müşahidə olunmur. “Qara bazar”da dolların bahalaşmasının səbəbi nədir? Valyutadəyişmə məntəqələrinin bərpa olunmasının dolların məzənnəsinə hanısa təsiri ola bilərmi və “qara bazar”ın aktivliyinin qarşısını bu şəkildə almaq mümkün olacaqmı?Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı bank üzrə ekspert Əkrəm Həsənovun fikirlərini öyrənib.Əkrəm Həsənov: “Bundan sonrakı dönəmdə dollar ucuzlaşmayacaq, əksinə bahalaşacaq”.Valyutadəyişmə məntəqələrinin yenidən bərpa edilməsinin “qara bazar”da dolların bahalaşmasının qarşısını almayacağını qeyd edən Əkrəm Həsənova görə, yaxın günlərdə dolların bahaıaşacağı gözlənilir:“”Qara bazar”da dolların bahalaşması əsasən yaxın günlərdə dolların bahalaşacağı gözləntiləri ilə bağlıdır. Bankların məzənnəsinin aşağı olmasına baxmayaraq, kifayət qədər dollar satmırlar. Çünki artıq aydın olur ki, bundan sonrakı dönəmdə dollar ucuzlaşmayacaq, əksinə bahalaşacaq.Yəni, dollar Mərkəzi Bakın məzənnəsi olan 1.70 Azn-dən aşağı düşməyəcək. Lakin indiki durumda valyutadəyişmə məntəqələri bərpa edilsə belə, bu “qara bazar”da dolların bahalaşmasının qarşısını ala bilməyəcək”.Gülşən ŞƏRİFpia.az