Neft qiymətləri niyə qalxmır?

"Finacial Times" yazır ki, Brent neftinin qiyməti bir barrel üçün 50 dollara sürüşdüyü bir vaxtda OPEC, enerji analitikləri və materiallar bazarı ilə bağlı banklar neft tacirlərini ümidlərini itirməməyə çağırırlar
Məqalədə deyilir ki, OPEC karteli və Rusiya hasilatı azaltmaq barədə razılığa gələndən sonra, 2017-ci ilin başlanğıcından neftin qiyməti bir barrel üçün 10 dollar qalxmışdı. Bu arada bundan fürsətlənən investisiya fondları bir xeyli qabağa düşmüşdülər.Lakin indi neft qiymətlərinin sürətlə qalxacağına olan ümidlər doğrulmayıb. Bunun iki mühüm səbəbi göstərilir. Dünya neft anbarlarındakı neft azalmaq bilmir və ABŞ-da şist neftinin istehsalı yüksəlib.İndi ümid ona qalıb ki, ilin ikinci rübündə neft emalı zavodları cari təmir fasiləsindən sonra işə başlayacaq və anbarlardakı neft də bir qədər azalacaq."Financial Times" yazır ki, təhlilçilərdən bəziləri ümid verir, bəziləri isə pessimizm yaradırlar. Qiymətlərin qalxacağı və yaxud düşəcəyi bəlli deyil. Bəlli olan budur ki, Səudiyyənin qiymətləri qaldırmaq üçün apardığı hasilatı ixtisar siyasəti fayda verməyib və üstəlik son həftədə qiymətlər 8 faiz düşüb.Hazırda Brent markalı neftin bir barrelinin qiyməti 52 dollardan azdır.Bununla belə, Beynəlxalq Enerji Agentliyinin proqnozlarına görə OPEC-in xam neftinə olan tələbat ilin sonunadək artaraq günə 33, 5 milyon barrel olacaq. Hazırda bu rəqəm 32 milyon barreldir.Bəzi ekspertlər deyirlər ki, neft hasilatının azaldılmasının tez bir zamanda qiymət qalxımına səbəb olacağına ümid edənlər məyusdurlar.Bir sıra ekspertlər isə narahatdırlar ki, hasilatı azaltmaq barədə razılaşmanın davam etdirilməsinə OPEC üzvlərinin özlərinin də səbri çatmaya bilər. Hazırda ixtisar barədə razılaşmaya 100 faiz əməl olunur. Səudiyyə hasilatın ixtisarı razılaşmasının may ayından o yana da uzadılması istiqamətində iş aparır, bir şərtlə ki, Rusiya da bu razılaşmada qalmaqda davam etsin.OPEC-i narahat edən başlıca faktor əlbəttə Amerika nefti istehsalının artaraq rekord həddə çatmasıdır. Üstəlik texnologiyalar təkmilləşdikcə şist neftinin hasilatı daha da sərfəli olur. Hazırkı proqnoza görə ABŞ neftinin hasilatı 2016-cı ildən 2018-ci ilədək hər il 1 milyon barrel artacaq (musavat.com).pia.az