Kiyevi italyan fəth edəcək?

Bukmekerlər “Avroviziya 2017” mahnı müsabiqəsinin favoritinin adını açıqlayıb
Novator.az-ın məlumatına görə, 42 təmsilçi arasında qələbəyə ən real namizədin İtaliya təmsilçisi Françesko Qabbaninin olduğu bildirilir.İkinci yerdə Bolqarıstan təmsilçisi Kristian Kostov, üçüncü yerdə isveçli Robin Benqtsson göstərilir.Azərbaycan təmsilçisi Diana Hacıyeva səkkizinci sırada qeyd olunur, Ermənistan təmsilçisi Arsvik Arutunyan altıncı yerdə gedir.“Avroviziya 2017” mayın 9-dan 11-dək Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək.Azərbaycan Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” musiqi yarışına 2008-ci ildən qatılır. İlk 6 iştirak uğurlu olub: 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci yerdə, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü yerdə, 2010-cu ildə Səfurə Əlizadə 5-ci yerdə, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci yerdə, 2012-ci ildə Səbinə Babayeva 4-cü yerdə, 2013-cü ildə Fərid Məmmədov 2-ci yerdə qərarlaşıb.Sonrakı üç ildə Azərbaycan “Avroviziya” musiqi yarışında ilk onluğa keçə bilməyib. 2014-cü ildə təmsilçi Dilarə Kazımova 22-ci yeri, 2015-ci ildə Elnur Hüseynov 12-ci yeri tutub. Ötən il isə Azərbaycan təmsilçisi Səmra Rəhimli “Avroviziya”nı 17-ci yerdə başa vurub.pia.az