Azərbaycan-Şimali İrlandiya oyunun yeri dəyişdirildi

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da keçiriləcək Azərbaycan – Şimali İrlandiya oyununun stadionu dəyişdirilib
PİA.AZ-ın affa.az-a istinadən xəbərinə görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Öncədən matçın 8-ci km qəsəbə stadionunda keçiriləcəyi nəzərdə tutulmuşdu. Qeyd edək ki, görüş saat 20:00-da başlayacaq.pia.az