Çexiya parlamenti uydurma “erməni soyqırımı”nı tanıyıb

Çexiya parlamentinin deputatlar palatası uydurma “erməni soyqırımı”nı pisləyən qətnamə qəbul edib
APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, qətnamənin lehinə 104 deputat səs verib. Sənəddə qondarma “erməni soyqırımı” insanlığa qarşı cinayət adlandırılır. Qətnamə layihəsi Sosial-demokratlar partiyasından olan deputat Robin Beniş tərəfindən parlamentə təqdim olunub. O bildirib ki, uydurma "soyqırımı"nın 102-ci ildönümündə bu qətnamənin qəbulu simvolik xarakter daşıyır.pia.az