Britaniya hökuməti pilotsuz taksilər üçün 13 milyon pul ayırdı

Böyük Britaniya sakinləri iki ildən sonra pilotsuz taksilərin xidmətindən istifadə edə biləcəklər
Lent.az-ın Hightech.fm-ə istinadən xəbərinə görə, Britaniya hökuməti avtomobillərin pilotsuz idarəedilməsi texnologiyasının işlənməsi ilə məşğul olan konsorsiumun yaradılmasını dəstəkləyib. Büdcədən layihənin reallaşdırılması üçün 12,8 milyon funt sterlinq ayrılıb. Konsorsium işlərini 2019-cu ildə yekunlaşdırmağı vəd edir. pia.az