Mariya Zaxarova ermənilərə sevgisini etiraf etdi

Rusiya Xarici İşlər Nazirliyi İnformasiya və mətbuat departamentinin rəhbəri Mariya Zaxarova dünən "erməni soyqırımı" münasibətilə Facebook-dakı profilində ermənilərə dəstək verib
O yazıb: "Kimsə "soyqırım" sözünü tanımır, kimsə qurbanların sayını şübhə altına alır, "olub-olmayıb" müzakirələri aparır. Rusiyanın Dövlət Duması hələ 1995-ci ildə "Erməni xalqının tarixi vətənində - Qərbi Ermənistanda 1915-1922-ci illərdə soyqırımının pislənməsi haqqında" qərar qəbul edib. BMT-nin Nyu-Yorkdakı binasından bir neçə dəqiqəlik məsafədə erməni kilsəsi var. Oraya girdim. Bu gün harada olmağımızdan asılı olmayaraq qəlbim erməni xalqı ilədir".(milli az)pia.az