Bu küçələrdə hərəkət məhdudlaşacaq - Siyahı

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri çərçivəsində bu  gün səhər 11:00-dan etibarən  Nəsimi rayonu, Səməd Vurğun, Məhəmməd Füzuli və Şamil Əzizbəyli küçələrinin kəsişməsində (Heydər Əliyev  sarayının arxası)  üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. “Azəravtoyol” ASC-dən Lent.az-a verilən məlumata görə, görülən işlər axşam saatlarınadək yekunlaşdırılacaq. Anoloji işlər 22:00-dan etibarən isə  Nəsimi rayonu, Şamil Əzizbəyli, Məhəmməd Füzuli, Bülbül  və Səməd Vurğun  küçələrində  aparılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.  "Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.pia.az