Bu gün bürcünüz nələr vəd edir?

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik
Qoç - tərəfdaş və ya iş yoldaşları ilə dərhal, tezlikldə anlaşma əldə etmək çətindir. İndi əsas məsələ yaxın insanları incitməmək, küsdürməməkdir.Buğa - sakit istirahət, dəyər verdiyiniz insanlarla ünsiyyət üçündür. İnsanların gur olacağı tədbirlərə qatılmayın - yorularsınız. Yeni tanışlıqlar yaratmağa tələsməyin. Layiq olmayan insana dəyər verə bilərsiniz.Əkizlər - yaxın ətrafınızdakı insanlarla münasibətlər rəvan olmayacaq. Hətta əvvəllər əla münasibətlərinizin olduğu insanlarla ünsiyyətdə sərinlik yarana bilər.Xərçəng - emosional olmayın, tələsik qərarlar verməyin. Kiçik anlaşılmazlıqlar təlaş və narahatlıq üçün yetərli səbəb olmamalıdır. Xırda işlərə görə inciməyin, hirslənməyin.Şir - emosional baxımdan zəngin gün olduğundan istənilən məsələnin həlli çətinləşir. Amma stressin öhdəsindən gəlmək çətin olsa da, mümkündür.Qız - işləri qaydaya salmaq çətin olsa da, mümkündür. Ciddi çalışın, önəmli məsələləri diqqətdən qaçırmayın. Günün ilk yarısı işgüzar məsələlərin həlli, sövdələşmə və anlaşmalar üçün əlverişli deyil.Tərəzi - dostlardan və ya qohumlardan biri ilə kiçik münaqişə istisna deyil. İfrat dərəcə yorğunluğa imkan verməyin. Belə yorğunluq səhhətinizə pis təsir edərək orqanizminizdə ağrılar yarada bilər.Əqrəb - mühüm görüş, toplantı da işlərin gedişatına xeyirlidir. Günün ikinci yarısı o qədər də uğurlu sayıla bilməz. Emosional fon stabil deyil, ən xırda və kiçik məsələlərə görə qıcıqlanır, sinirlənirsiniz.Oxatan - rəvan olmayan gündür. Səhər saatları uğurla başlanacaq. Hər şey istənilən kimi olacaq, başladığınız işlərdə istədiyinizə nail olacaqsınız. Günün ilk yarısı səfər, səyahət, ezamiyyət, yarımçıq qalmış işlərin başa vurulması üçün əlverişidir.Oğlaq - şəxsi münasibətlər müstəvisində sevdiyiniz insanla dil tapın. Yaşamınızda mühüm rol oynaya biləcək yeni romantik münasibət formalaşa bilər.Dolça - bədxah və rəqiblər xəbərsiz, süst olarkən siz irəliləyin. Danışıqlarda diplomatcasına, soyuqqanlı davranın. Belə davranışda fayda var.Balıqlar - uğurlu gündür. Məqsədinizə çatmaq üçün intensiv çalışın. İşgüzar intuisiyanız kəskin olsun. Məhz hissiyatınıza güvənərək doğru qərarları sürətlə qəbul edin.(milli.az)pia.az