Bakıda həkim səhvi pasiyenti ağır duruma salıb - Video

Həkimlərin diqqətsizliyi xəstə üçün ağır nəticələnib. 50 yaşlı Yaşar İsayev belə iddia edir
Hadisə Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər xəstəxanasında baş verib. Müalicə edilmək üçün xəstəxanaya gələn Yaşar İsayev vurulan iynələrdən infeksiyaya yoluxub.Getdikcə vəziyyətinin ağırlaşdığını görən Yaşar İsayevin ailəsi onu xəstəxanadan çıxarıb və əməliyyat etdirmək üçün başqa bir xəstəxanaya aparıblar.Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər xəstəxanasından xəstəyə infeksiya keçdiyini təsdiqlədilər. Ancaq onun tam olaraq hansı şəraitdə keçdiyi bilinmir. Xəstəxananın baş həkiminin müavini İsrail Qasımov bildirdi ki, infeksiyanın müalicəsi xəstəxanada həyata keçiriləcəkdi. Ancaq buna xəstə özü icazə verməyib.Yaşar İsayev başına gələnlərlə bağlı Səhiyyə Nazirliyinə müraciət etmək niyyətindədir.Nazirlikdə isə bildirildi ki, məsələ araşdırılacaq, əgər bu hadisədə həkim səhvi varsa, həmin işçi cəzalandırılacaq.Xəstəxanadan həmçinin o da bildirildi ki, Yaşar İsayev müalicə olunmaq üçün yenidən xəstəxanaya qayıda bilər. Onun müalicəsi tam olaraq ödənişsiz şəkildə həyata keçiriləcək.(xezerxeber.az)pia.az