Hərbi xərclər nə qədər artıb, kimlər öndədir?

Aprelin 24-də Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu 2016-cı ilin hərbi xərcləri üzrə hesabat yayıb
Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, hərbi xərc reytinqində ilk pillələrdə ABŞ, Çin və Rusiya dayanıb.Sənədə əsasən, 2016-cı ildə ABŞ hərbi xərclərini 1,7% artıraraq 611 milyard dollara çatdırıb. Çinin hərbi xərcləri 5,4% artaraq 215 milyard dollar təşkil edib. Ötən il Rusiyanın hərbi xərcləri 5,9% artırılaraq 69,2 milyard dollar olub.Qeyd olunur ki, ötən il Ermənistan və Azərbaycanın hərbi xərcləri 2011-ci ildən bəri ilk dəfə azalıb. Ermənistan hərbi sektora ayırmaları 5,5%, Azərbaycanın hərbi xərcləri 36% düşüb.2016-cı ildə dünyada hərbi xərclərin ümumi məbləği əvvəlki illə müqayisədə 0,4% artaraq 1 trilyon 686 milyard dollar təşkil edib. Bu, dünya üzrə ümumi daxili məhsulun 2,2%-i deməkdir.Novator.az bildirir ki, Azərbaycanın 2017-ci il büdcəsində müdafiə sahəsinə 2 milyard 642,9 milyon manat ayırmaq nəzərdə tutulub.pia.az