İcra başçısının müavini işdən qovuldu

Tovuz rayon icra başçısının müavini Mahir Həsənov işdən çıxarılıb
Bu barədə jurnalist Sevinc İltifatqızı Feysbuk sosial şəbəkəsində yazıb.Onun sözlərinə görə, M. Həsənov vəzifəsindən sui-istifadə edərək külli miqdarda pulu mənimsədiyinə görə işdən qovulub və ona qarşı cinayət işi açılıb.Qafqazinfo-nun Tovuzdakı mənbələri Mahir Həsənovun işdən bir neçə gün öncə çıxarıldığını bildirsələr də, onun vəzifəsindən hansı səbəbə kənarlaşdırıldığı ilə bağlı məlumat verməyiblər. (qafqazinfo.az)pia.az