Le Pen, Stalin və həmsədr Fransa... - Fransa seçkilərində Dağlıq Qarabağ

Qabil Hüseynli: “Moskva Sovet hakimiyyəti illərini Azərbaycan torpaqlarını həm Ermənistana, həm də Gürcüstana peşkəş çəkməklə keçirib”
“Fransanın həmsədrliyinə gəlincə isə, Minsk Qrupunun vasitəçiliyinə ümid bağlayaraq  Dağlıq Qarabağ münaqişəsinin həllini gözləmək əbəs bir işdir”.Bu sözləri PİA.AZ-a politoloq Qabil Hüseynli Fransa prezidentliyinə namizəd ultra millətçi Marın Le Penin Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir bəyanatına münasibət bildirərkən qeyd edib.Xatırladaq ki, Fransa prezidentliyinə namizəd, ultra millətçi “Xalq Cəbhəsi” Partiyasının sədri Marin Le Pen Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün "Dağlıq Qarabağın Ermənistana birləşdirilməli olduğunu deyib. Marin Le Pen Fransada nəşr edilən erməni qəzeti "Nouvelles d`Armenie"-yə müsahibəsində münaqişənin nizamlanması üçün belə variantı irəli sürüb. “SSRİ-nin dağılmasından, sonra meydana çıxan sərhədlər beynəlxalq səviyyədə tanınıb, lakin Dağlıq Qarabağın müstəqilliyindən daha çox bölgənin Ermənistana birləşdirilməsinə dair Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşma daha məqbul olardı”, - deyə prezidentliyə iddiaçı bildirib.Erməni diasporunun güclü olduğu Fransada daim namizədlər seçki zamanı reytinq yığmaq üçün  “soyqırım”məsələsinə toxunurdu. İndi isə daha dərinə gedərək Qarabağın Ermənistana qoşulmasını təklif edir. Bu ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Fransanın vasitəçiliyinə şübhə yaratmırmı?Qabil Hüseynli: ”Dünyadakı bu vəziyyət xristian təəssübkeşliyindən doğan nəticələrdir”.Qabil Hüseynlinin fikrincə Fransanın ictimai fikri həmişə ermənilərdən yana olub. Bu üzdən də, istər seçki mərhələlərində, istərsə də seçkidən kənar prosseslərdə Fransa siyasətçiləri ermənipərəst bəyanatlar verirlər. Bu metodun daha çox səs toplamağa və rəğbət yaratmağa hesablandığını bildirən politoloq Fransanın ATƏT-dəki həmsədrliyindən də nəsə gözləməyin mənasız olduğunu bildirib:“Açığını deyək ki, indiki prezident Fransua Olland da daxil olmaqla Fransa hakimiyyəti daim ermənilərin xeyrinə işləyib. Fransanın ictimai fikri həmişə ermənilərdən yana olub. Bu üzdən də, istər seçki mərhələlərində, istərsə də seçkidən kənar prosseslərdə Fransa siyasətçiləri ermənipərəst bəyanatlar verirlər. Bu ilk bəyanat deyil. Bundan əvvəl də iki həmsədr dövlətdən - Rusiya və Fransadan beynəlxalq hüquq normalarına məhəl qoymadan açıq-aşkar Dağlıq Qarabağın ya müstəqil olması, ya da Ermənistana birləşdirilməsi barədə çox məsuliyyətsiz bəyanatlar səsləndirilib. İndi isə yeni prezident seçkiləri ərəfəsində namizədlərdən ikisi Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı çox danışırlar. Onlar iddia edir ki, bu torpaqları vaxtilə Stalin üzgörənlik edərək Azərbaycana verib. Halbuki Stalin üzgörənliyi ermənilərə edib və Zəngəzuru,Dərələyəzi, Göyçə mahalını daha onra Laçın rayonunun müəyyən kəndlərini, Zəngilanın 9 kəndini, Qazaxın kəmərli kəndindən böyük torpaq sahələrini və  2500 kvm ərazini Ermənistana verib.Bütün bunlar onu göstərir ki, Moskva Sovet hakimiyyəti illərində daim Azərbaycan torpaqlarını həm Ermənistana, həm də Gürcüstana peşkəş çəkməklə keçirib. Dünyadakı bu vəziyyət xristian təəssübkeşliyinin ortaya qoyduğu nəticədir. Məhz xristian təəssübkeşliyi bu gün dünyanın bir çox ölkələrində münaqişələri körükləməkdədir. Marin Le Penin bəyanatına gəlincə isə, bu xanıma görə verdiyi bəyanatla ermənilərin səslərini alacaq. Yəni xanım siyasətçi Dağlıq Qarabağ münaqişəsini Fransa prezidentliyinə namizəd özünün seçki metodu kimi istifadə edir. Fransanın həmsədrliyinə gəlincə isə, Minsk Qrupunun vasitəçiliyinə ümid bağlayaraq  Dağlıq Qarabağ münaqişəsinin həllini gözləmək əbəs bir işdir”.Sübü Əzizlipia.az