Tarkan “Formula-1” üçün Bakıya gəlir

Türkiyənin tanınmış müğənnisi Tarkan “Formula -1” Azərbaycan Qran Prisi üçün Bakıya gəlir
Lent.az-ın məlumatına görə, Bakıda keçiriləcək növbəti "Formula-1" yarışının ilk günündə, iyunun 23-də Tarkan səhnəyə çıxacaq. Bu barədə Baku City Circuit şirkətinin Marketinq və Kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai məlumat verib. Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi iyunun 23-25 tarixlərində keçiriləcək. Hazırda yarışa bilet satışı paytaxtın müxtəlif nöqtələrində davam edir. Biletləri həmçinin BŞH-nin rəsmi saytından da əldə etmək olar.pia.az