Bakıda ev yandı

Bu gün Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 75 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m2 sahədə yanıb
Musavat.com FHN-in saytına istinadən verdiyi xəbərə görə, yüksək temperaturdan digər 2 otağın tavanı 45 m2 sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.pia.az