Tovuzda 15 yaşlı oğlan qardaşını güllələdi

Tovuzda qətl hadisəsi törədilib
APA-nın qərb bürosunun verdiyi məlumata görə, qətl hadisəsi rayonun İbrahimhacılı kəndində qeydə alınıb. Kənd sakini, 2002-ci il təvəllüdlü İsmayılov İbrahim Şaiq oğlu ehtiyatsızlıq nəticəsində 16 mm çaplı tüfənglə açdığı atəşlə qardaşı, Rusiya vətəndaşı 1995-ci il təvəllüdlü İsmayılov Sərxan Şaiq oğlunu qətlə yetirib. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.    pia.az