Gənclər Fonduna 3 milyon ayrıldı

Prezident İlham Əliyev Prezident yanında Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb
Sərəncama əsasən, Gənclər təşkilatlarının və 16-29 yaşlı fiziki şəxslərin təqdim etdikləri layihələrin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna 3,0  milyon manat ayrılıb. (azərtac) pia.az