“Erməni generalın təyinatına Bakı laqeyd qala bilməz”

Torpaqlarımızı işğal edən erməni generalının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına baş katibi təyin edilməsinə Azərbaycan laqeyd qala bilməz
Bu haqda millət vəkili Aydın Mirzəzadə yazıb.O, bildirib ki, Yuri Xaçaturov Azərbaycan torpaqlarının işğalında iştirak edib və mövqelərimizə qarşı vaxtaşırı təxribatlar təşkil edib:“Buna görə də Xaçaturovun fəaliyyəti daim Azərbaycan ictimaiyyətinin diqqətində olacaq. Digər tərəfdən, Ermənistandan KTMT-yə daxil olan digər beş ölkə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Onlar ötən ilin aprelində Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyatlarını dəstəkləmədilər. Bu, Ermənistan və Xaçaturov üçün ciddi bir xatırlatmadır. Xaçaturov istəsə də, istəməsə də, KTMT-nin nizamnaməsinə uyğun hərəkət etməli olacaq. Əgər səlahiyyətindən kənar bəyanatlar verərsə, onda həmin təşkilatın üzvü olan dövlətlərin ciddi etirazı ilə qarşılaşacaq. Eyni zamanda, Azərbaycan bu məsələni diqqətdən kənarda qoymayacaq”.Millət vəkili xatırladıb ki, Azərbaycan müstəqil ölkədir və BMT tərəfindən tanınmış sərhədləri var:“Ona görə də Xaçaturov etdiyi əməllərin əksinə olaraq bu gün özünü diplomat, hüquqa bağlı insan kimi aparmalıdır”.Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbəri vəzifəsində erməni general Yuri Xaçaturov təyin edilib. O, səlahiyyətlərinin icrasına mayın 2-dən başlayacaq.pia.az