Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşib

Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib
 Apasport.az saytının məlumatına görə, ilk oyun günündə “Real” – “Bavariya” və “Lester” -  “Atletiko” oyunları keçirilib.Münhendə qeydə alınan 2:1 hesablı qalibiyyət “kral klubu”nun yarımfinala adlamaq şansını artırmışdı. Madriddə isə azarkeşlər çox gərgin matça şahidlik ediblər. Əvvəlcə Levandovski hesabı açıb. Ronaldo hesabı bərabərləşdirsə də, iki dəqiqə sonra Ramos topu öz qapısından keçirib. Bu hesab oyunu uzatma dəqiqələrinə aparıb. Əlavə olunmuş vaxtda isə Kristiano Ronaldo het-trikə imza atıb. Daha bir qolu isə Asensio vurub. Beləliklə, səfərdəki 2:1 hesablı qələbədən sonra doğma meydanda da darmadağına sevinən “kral klubu” yarımfinala adlayan tərəf olub. Günün digər matçında “Atletiko” “Lester”in qonağı olub. Madriddəki ilk görüşdə Dieqo Simeonenin komandası 1:0 hesablı qələbəyə sevinmişdi. Cavab oyunundakı 1:1 hesablı bərabərlik isə madridliləri yarımfinala çıxarıb. Çempionlar Liqası1/4 final mərhələsi, cavab oyunları18 aprel “Real” (İspaniya) – “Bavariya” (Almaniya) - 4:2 (əlavə vaxtda)Qollar: Ronaldo, 76, 105, 110 (əlavə vaxtda), Asensio, 112 (əlavə vaxtda) - Levandovski, 53 (pen.), Serxio Ramos, 78 (öz qapısına)Baş hakim: Viktor Kaşşai (Macarıstan)İlk oyun - 2:1 “Lester” (İngiltərə) – “Atletiko” (İspaniya) - 1:1Qollar: Vardi, 61 - Nigez, 26Baş hakim: Canluka Rokki (İtaliya)İlk oyun – 0:1 pia.az