İran XİN Azərbaycan qarşısında vizanın ləğvi məsələsini qoydu

İran xarici işlər nazirinin konsulluq məsələləri üzrə müavini Həsən Qaşqavi bildirib ki, İran İslam Respublikası öz vətəndaşları üçün viza tələblərini ləğv etmək xahişi ilə Azərbaycana müraciət göndərib
Bu barədə Mehr agentliyi xəbər yayıb.Həsən Qaşqavinin sözlərinə görə, Azərbaycan viza rejimini ləğv etməklə iranlılara hörmətini ifadə etmiş olacaq. Və bu, İran ictimaiyyəti üçün Azərbaycanın müsbət və məşhur obrazını təmin edəcək.(virtualaz.org)pia.az