Kreml və Ağ Evin yaxınlaşmasına Tehran mane olur?

İran müttəfiqini sərtliyə təhrik edir – Təhlil
Əli Haşim“Al-Monitor”Aprelin 7-də ABŞ-ın Suriyaya raket hücumu xəbəri Tehrana çatanda, dan yeri təzəcə sökülürdü. İlk məlumat hücumun məhdud olması barədə idi, lakin sonradan İranın paytaxtında bu həmləni Vaşinqtonun mesaj kimi dəyərləndirdilər. Həm də Suriyada prezident Bəşər Əsədin tərəfində olan bütün güclərə göndərilən mesaj: “Güzəşt müddəti bitdi”.Əslində, Şayrat hava bazasında baş verən hadisə Palmira yaxınlığında baş verənə oxşayırdı (müəllif, böyük ehtimalla, İsrail təyyarələrinin hücumunu xatırladır – tərc.), lakin bu dəfə o, şok yaratdı, çünki səhnəyə ABŞ prezidenti Donald Tramp çıxmışdı.Tehranda “Al-Monitor”a danışan şəxslərin fikrincə, raket hücumu strategiyanın tam dəyişməsindən daha çox siyasi manevrə yaxındır.“Amerikanın hücumu hərbi olsa da, siyasi addım idi”, – Rusiya, İran və “Hizbullah”dan ibarət birgə komanda mərkəzində hərbi mənbə gizli qalmaq şərtilə “Al-Monitor”a belə bildirib. – "ABŞ hərbçiləri rusları öncədən xəbərdar etmişdi. Bu, onlara suriyalıları da xəbərdar etmək şansı verdi. Buna görə də hər iki tərəf hücumdan əvvəl bazanı təxliyə edə bildi. Bu aydın idi ki, öldürmək niyyəti yoxudu, sadəcə ruslara ismarış verilirdi".Raket zərbəsi ilə Moskvanı bərk qorxutdular, əsas etibarilə Vaşinqtonla strateji əməkdaşlığın qurulması və altı illik müharibəni sona çatdırmaq üçün. Rusiya isə yenə də Suriyada İrandan başqa özünə müttəfiq tapmadı.ABŞ-ın son fəaliyyəti Moskvada düşmənçilik kimi dəyərləndirildi və Türkiyənin Vaşinqtona doğru meylləndiyi göründü.Aprelin 9-da Rusiya, Suriya və İran rəsmiləri telefonla yüksək səviyyəli məsləhətləşmələr keçirdi. Rusiya prezidenti Vladimir Putin Ruhanini, İran prezidenti Həsən Ruhani suriyalı vəzifədaşını aradı. İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani və onun suriyalı vəzifədaşı Əli Məmlük telefon danışığında addımlarını koordinasiya etmək qərarına gəldi. Eyni zamanda, Rusiya və İran müdafiə nazirlərinin də telefon söhbəti oldu.Suriyada hərbi komandirlər görüşüb, "istənilən təcavüzkara və ya “qırmızı xətləri” pozan istənilən kəsə güc tətbiqi ilə cavaba” dair sərt bəyanat verdilər: “Amerikaya bizim yaxşı təpki verə bilmək qabiliyyətimiz tanışdır". Birgə komandanlıq mərkəzində vurğulayıblar ki, ABŞ qoşunlarının Suriyanın şimalındakı varlığı "qeyri-qanuni"dir və Vaşinqtonun bu ərazini uzun müddətli saxlama planı var."İranlılar əmindir ki, Birləşmiş Ştatlar kimyəvi hücumun Suriya hökuməti və ya silahlı qüvvələri ilə heç bir əlaqəsi olmadığını bilirdi, – deyə Tehran Universitetinin professoru Məhəmməd Mərəndi “Al-Monitor”a bildirib. – Onlar qərəzsiz araşdırma istəmədi və kimyəvi silahdan sızma qorxusu olmadan Suriya hava qüvvələrinin bazasına hücum etdi”. M.Mərəndi əlavə edib: "Tramp çoxsaylı uğursuzluqlar və düşmən medianın böyük təzyiq altındadır. Buna görə də ABŞ isteblişmenti və media kontenti sakitləşdirmək üçün bu hücumu həyata keçirdi və onları öz problemlərindən yayındırdı”.Professor Mərəndinin sözlərinə görə, Tramp ruslara müqavimət göstərmək üçün dəstək əldə etmək əvəzinə, onların qətiyyətini gücləndirdi: "Prezident Putin Suriyada görülən bütün bu işlərdən sonra ABŞ tərəfindən təhqir olunmasına imkan verə bilməz. Fikrimcə, raket hücumu Tramp üçün yaxşı, Birləşmiş Ştatlar üçün pis addım idi".ABŞ-ın hücumundşan dərhal sonra İran onu ittiham etdi, lakin pisləmələr baş verənlərin səviyyəsinə uyğun deyildi. Anonim qalan İran rəsmisi "Al-Monitor"a bildirib ki, "bu, ruslara verilən mesaj idi, Vaşinqtonala koordinasiya aparan da məhz onlar deyildimi?! Buna görə də Tehran, şübhəsiz, ABŞ-ın hücumunu qınayır, ancaq Tehran Moskvanın adından danışmır. Ruslar çıxış edəndə onları dəstəklədik, biz onları yaxın müttəfiq kimi həmişə dəstəkləyəcəyik".Həmin iranlı rəsmi əlavə edib: “Bizim nəzər-nöqtəmiz əvvəldən bundan ibarət idi ki, Trampın siyasətinə uymaq müdrik qərar deyil. Bizcə, ABŞ prezidentinin aydın plan yoxdur və bu hücum onun göstəricisidir. Tam əminik ki, onu bu addıma hərbi və təhlükəsizlik üzrə məsləhətçiləri təhrik edib. Onlar ölkələrini Suriya böhranına birbaşa cəlb etmək istəyirlər. Onlar bunu Suriyanın şimalında sakit şəkildə edir və burada ABŞ prezidenti yalnız vasitəçidir. O, Şayrat hava bazasına hücum edəndən sonra İŞİD terrorçuları fürsətdən istifadə edib yaxınlıqdakı neft yataqlarına hücum etdilər, bunu Tramp bilirmi?"ABŞ-ın hücum ilə bağlı Tehranın qəzəbinə baxmayaraq, İran Suriya böhranının son mərhələsinin qalibidir. Bir daha göründü ki, Rusiyanın Suriyada İrandan başqa etibarlı tərəfdaşı yoxdur və Tehran artıq Moskvanı Suriya böhranında ABŞ-ın roluna qarşı çıxmağa təhrik edir. İranın rəyincə, belə hücumlar bir daha olduğu təqdirdə, onlara sərt cavab verilməzsə, – hətta şifahi – onlar gündəlik və ya həftəlik olacaq.(tercümə-strateq)pia.az