“Enerji forumu fikir mübadiləsi üçün yaxşı platformadır”

Avropa İttifaqı (Aİ) Azərbaycanda enerji sahəsində keçirilən tədbirlərdə maraqlıdır
Bunu Trend-ə IV beynəlxalq "Caspian Energy" forumunda iştirak edən Aİ-nin Azərbaycandakı missiyasının rəhbəri Malena Mard deyib.O qeyd edib ki, bu forum enerji sahəsində fikir mübadiləsi üçün yaxşı platforma yaradır:"Energetika, nəqliyyat və ətraf mühit üzrə Azərbaycan-Aİ alt komitəsinin iclası zamanı biz azərbaycanlı həmkarlarımızla enerji sahəsi üzrə danışıqlar aparmaq və bu sahədə əməkdaşlığımızın genişləndirilməsi perspektivlərini müzakirə etmək imkanı əldə etdik".pia.az