“Sənət yox, pul düşünürlər” - Aygün

Xalq artisti Aygün Kazımova gənc ifaçıları tənqid edib
Axşam.az-ın məlumatına görə, müğənni “10-dan sonra” verilişində deyib ki, indi ifaçılar sənəti düşünmür:“İndi səhnəyə gələnlərin bir məqsədi var: tez görsənim, əlim toya, pula çatsın. Bu sənət deyil. Əvəvl işgüzarlıq daha çox idi. Fanat dərəcəsində sənəti sevirdilər. İndi gənc yaradıcı insanların münasibətin görmüşəm, çox fərqlidir, hər şeyə adi baxırlar, qiymətləndirə bilmirlər. Keyfiyyətə üstünlük vermirlər. Heç gözləmədiyin bir hadisə baş verəndə sənətçinin peşəkarlığı görünür. Mikrofon sönə, səhnədə yıxıla bilərsən. Bax, həmin an vəziyyətdən çıxmalısan".pia.az