Neymar “Real”a qarşı oyunu buraxa bilər

"Barcelona"nın hücumçusu Neymar aprelin 23-də "Real"a qarşı oyunda komandasına kömək etməyə bilər
 "Malaga" ilə oyunun 65-ci dəqiqəsində qırmızı vərəqə alan "sambaçı" matçın ehtiyat hakimini istehza əlaməti olaraq alqışlayıb. İntizam komitəsi Neymara cəza kəsməyi qərara alsa, braziliyalı forvard 2-3 oyun meydana çıxa bilməyəcək. "Barcelona"nı isə cəmi 1 turdan sonra "Santiago Bernabeu"da "El Clasico" gözləyir. (goal.az)pia.az