Həkim Vasif İsmayıl tələbələrə motivasiya təlimi keçib - Foto

Həkim Vasif İsmayıl tələbələrə motivasiya təlimi keçib
Qərb Universiteti tələbələrinin fərdi inkişafı, dünyagörüşü, bilik və bacarıqlarının yüksəlməsi üçün ardıcıl olaraq layihələr, tədbirlər həyata keçirir. Eyni zamanda mütəmadi olaraq universitetdə yerli və xarici peşəkar təlimçilərin iştirakı ilə seminar və treyninqlər, ayrı-ayrı sahələrin mütəxəssisləri ilə tələbələrin görüşləri təşkil edilir.PİA.AZ xəbər verir ki, bu gün universitetdə tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayılın təlimi keçirilib. “Uğur yolunda xəyallar” adlı TEDx formatlı təlimdə təlimçi tələblərlə fikir mübadiləsi aparıb, şəxsi uğur formulu barədə danışıb, sağlam həyat tərzinin əsas prinsipləri barədə məlumatları diqqətə çatdırıb.V.İsmayıl tələbələrə maraqlı polemikaya görə təşəkkür edib, Qərb Universitetində aldıqları təhsilin onların gələcək uğurları üçün yaxşı baza rolunda çıxış edəcəyinə əminliyini bildirib.Sonda tələbələr qonağa xatirə hədiyyəsi təqdim ediblər.pia.az