Məşhur futbolçuya böyrək köçürüldü

Məşhur ingiltərəli futbolçu Endi Koul əməliyyat olunub
Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 45 yaşlı sabiq forvard böyrəyindəki xəstəlik ucbatından cərrah bıçağı altına uzanıb. “Mançester Yunayted”in unudulmaz futbolçusuna əməliyyatla böyrək köçürülüb. Əməliyyatın uğurlu keçdiyini bildirən həkimlər “qırmızı şeytanlar”ın səfirinin bir müddət müalicə olunacağını bildiriblər. Qeyd edək ki, Endi Koul 1995-2001-ci illərədə formasını geyindiyi “Mançester Yunayted”də 195 oyunda 93 qola imza atıb. O, İngiltərə yığmasının heyətində isə 15 oyunda iştirak edib, 1 dəfə fərqlənib.pia.az