Qubanın dağ kəndlərinə qar yağdı

Bu gün Qubanın ucqar yaşayış məntəqələrinə, dağ kəndlərinə qar yağıb
Qar 1500 metrdən yuxarı dağlıq ərazilərdə müşahidə edilib. Quba Regional Hidrometeorologiya İdarəsindən APA-nın yerli bürosuna verilən məlumatda bildirilir ki, yaşayış olan yerlərdən yalnız Xınalıq kəndində 3 sm qalığında qar var. Digər kəndlərdə isə qar yağıntısı qısa müddətli olub. Temperatur xeyli enib.pia.az