Sankt-Peterburqda Beynəlxalq “Gənclər Festivalı” keçirilib

Festival çərçivəsində Dimitri Rezyunkov və Ramin İbrahimovun təşəbbüsü və Smolnıy Universitetinin Rektoru, akademik Heyder İmanovun dəstəyi ilə “Təbiətin yeni ili” şüarı altında xalqımızın milli adət-ənənələrini, musiqisini tanıtmaq məqsədi ilə Novruz tədbiri keçirilib
Festival 26 martda Rusiyanın Sankt-Peterburq şəhərindəki  Yusupovski bağında  baş tutub.  Tədbirdə Azərbaycanın Sankt- Peterburqdakı Diasporasının Sədri Sabir Mənsimov, Diasporanın Gənclər təşkilatının sədri Ramin İbrahimov, akademik Heyder İmanov çıxış edərək  xalqımızın mədəni irsinin inkişafı, folklorumuzun təbliği və tanıtımı  üçün belə tədbirlərin keçirilməsinin  vacibliyini vurğulayıblar.Sonda ,  Kuzey Kıbrıs cəmiyyətinin sədr müavini Fuad Səfərəliyev  və digər təşkilatçılar “Fəxri Fərman”la mükafatlandırılıb.   Böyük marağa səbəb olmuş festivalda  bayram süfrəsi açılaraq qonaqlara milli təamlarımız təqdim olunub, uşaqlara hədiyyələr verilib. pia.az