“Mən belə azarkeşləri başa düşmürəm”

Millimizin hücumçusu Ramil Şeydayev bu gün DÇ-2018-in seçmə mərhələsində bəzi azərbaycanlı azarkeşlərin Almaniyanı dəstəkləmək istəyinə münasibət bildirib
Qol.az-ın xəbərinə görə, AFFA-nın rəsmi Feysbuk səhifəfəsinə açıqlamasında o deyib:“Hər kəs istədiyi milli komandaya azarkeşlik edə bilər. Ancaq öz ölkəsinin yığmasının oyununda rəqib komandaları dəstəkləyənləri başa düşmürəm”.Yayılan məlumata görə, bu gun 20-dək azərbaycanlı azarkeş Respublika stadionununda alman azarkeşlər arasında yer alaraq rəqib komandaya dəstək verəcək.pia.az