Kaliforniyada Tramp tərəfdarları ilə əleyhdarları arasında toqquşma - Video

ABŞ-ın Kaliforniya ştatında prezident Donald Tramp tərəfdarları ilə əleyhdarları arasında toqquşma baş verib
"Report" xəbər verir ki, kütləvi dava Hantinqton-Biç şəhərində Amerika prezidenti tərəfdarlarının nümayişi zamanı qeydə alınıb.Məlumata görə, 200-dən çox insan ABŞ prezidentini dəstəkləmək üçün aksiya keçirib. Nümayiş zamanı naməlum şəxs təşkilatçılardan biri olan qadının gözünə bibər qazı vurub. Dava məhz bundan sonra başlayıb.Hüquq-mühafizə orqanları dava iştirakçılarını qovmaq məcburiyyətində qalıblar. Bir neçə nəfər həbs olunub.pia.az