Zika virusuna qarşı vaksin hazırlanıb

Çin və Fransadan olan bir qrup alim birgə Zika virusuna qarşı vaksin hazırlayıblar
AzVision.az-ın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, bunu Çinin Elmlər Akademiyası yanında Paster İnstitunun direktoru Tan Xun deyib. Onun sözlərinə görə, preparatın siçanlar üzərində sınaqdan keçirilməsi zamanı effektivliyi sübut olunub. O, qeyd edib ki, vaksinin istehsalına başlaması üçün yaxşı perspektivlər mövcuddur. Vaksin artıq 2019-ci ildə Afrikada istifadə üçün mümkün ola bilər.pia.az