Bakı-2017 İslam Həmrəyliyi Oyunlarına 50 gün qaldı

Bakı-2017 İslam Həmrəyliyi Oyunlarına 50 gün qalmasını qeyd etmək məqsədlə bu gün Bakı bulvarında "Grassroots" proqramı çərçivəsində tədbir keçirilib
Tədbirdə əvvəlcə Bakı-2017-nin idmançı səfirlərinin iştirakı ilə insanları idmana cəlb etmək məqsədilə açıq havada idman sessiyası olub.Sonra tədbir çərçivəsində keçirilən viktorinalarda qalib gələn iştirakçılar hədiyyələr qazanıb.Tədbir iştirakçıların böyük marağına səbəb olub.Bakı-2017-nin ulduz səfiri Tünzalə Ağayeva istedadlı könüllülərə dəstək məqsədilə keçirilən bu layihəyə görə çox sevindiyini deyib və hər kəsi idmançılara dəstək olmağa çağırıb.Bakı-2017-nin idmançı səfiri Rəsul Çunayev isə "Grassroots" proqramı çərçivəsində gənclərin idmana cəlbi məqsədilə həyata keçirilən layihələrdə iştirak etdiyini bildirib: "Bu gün artıq "İslam Həmrəyliyi Oyunlarına 50 gün qaldı" tədbirini qeyd edirik, yəni Oyunlara az qalıb. Ümidvaram ki, ölkəmizə böyük uğurlar qazandıracağıq. Hər kəsi biz idmançılara dəstək olmağa çağırırıq". (trend)pia.az