Ruhaninin Rusiyaya səfər tarixi açıqlandı

İran prezidenti Həsən Ruhaninin Rusiyaya səfər tarixi açıqlanıb
Trend Kremlin mətbuat xidmətinə istinadən məlumat verir ki, H.Ruhani martın 27-28-də Rusiyada rəsmi səfərdə olacaq.İran prezidenti martın 28-də rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Görüşdə iki ölkənin energetika və nəqliyyat infrastrukturu sahələrində birgə layihələri müzakirə olunacaq.Danışıqların yekunu üzrə bir sıra ikitərəfli sənədlərin imzalanacağı gözlənilir.pia.az