“Norveç FETÖ-ya dəstək verdi”

Norveç hökumətinin 15 iyuil çevrilişində iştirak edən 5 türk zabitinə siyasi sığınacaq verməsi qəbuledilməzdir
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş söyləyib. O, Norveçin bununla FETÖ-ya dəstək verdiyini nümayiş etdirmiş olduğunu bildirib.Qeyd edək ki, bir müddət öncə 5 türk zabiti Norveçdə siyasi sığınacaq əldə edib. Bu zabitlərin hamısı qiyama qədər NATO-da çalışıb və Türkiyəyə dönməkdən imtina ediblər.pia.az