Almaniyanın yeni prezidenti and içib

Almaniyanın yeni prezidenti Frank-Valter Ştaynmayer and içib
PİA.AZ "Report"-a istinadən xəbər verir ki, yeni dövlət başçısının andiçmə mərasimi ilə əlaqədar Berlində Bundestaqla (parlament) Bundesratın (FederalTorpaqların Nümayəndələr Palatası) birgə iclası keçirilib. Qeyd edək ki, Frank-Valter Ştaynmayer bu postda Yoaxim Qauku əvəz edib. Fevralın 12-də Almaniyanın xüsusi orqanı və prezidenti seçmək üçün yığışan Federal Məclisinin nümayəndələrinin böyük əksəriyyəti sabiq xarici işlər nazirinin namizədliyini dəstəkləyib. Ştaynmayer 1260 səsdən 931-i qazanıb. pia.az