“Türkiyə və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində birgə işləyirlər”

"Türkiyə və Rusiya münasibətlərini bərpa ediblər və hazırda regionda problemlərin həlli, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzərində birgə işləyirlər"
PİA.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Vaşinqtonda çıxışı zamanı deyib.Nazir qeyd edib: "Rusiya ilə aramızdakı fikir ayrılığını aradan qaldırmışıq. Bu gün münasibətlərimiz bərpa olunub və biz regiondakı bir sıra problemlərin həlli ilə bağlı əməkdaşlıq edirik".pia.az