“Məqbul” alan abituriyentlər müsabiqəyə imtahansız buraxılacaq

Ali və orta təhsil müəssisələrinə qəbul olmaq üçün 11 033 abituriyent sənəd verib
Ali təhsil müəssisələrinin I-V ixtisas qruplarının və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir. APA-nın xəbərinə görə, bu gün saat 11:00-dək 11 033 abituriyent (8 649-u Azərbaycan, 2384-ü Rus bölməsinin məzunu) I-V ixtisas qruplarının və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçərək qeydiyyatdan keçib. Onlardan 4020-si (3141-i Azərbaycan, 879-u Rus bölməsinin məzunu) I, 3551-i (2687-si Azərbaycan, 864-ü Rus) II, 2494-ü (2079-u Azərbaycan, 415-i Rus) III, 968-i (742-si Azərbaycan, 226-sı Rus) isə IV ixtisas qrupları üzrə sənəd verib.Bu saata kimi qeydiyyatdan keçən 11 033 abituriyentdən 10 741-i qəbul imtahanının I mərhələsində (yaz imtahanında) iştirak edəcək. Rus bölməsini seçmiş 2523 abituriynet isə aprelin 9-da keçiriləcək “Azərbaycan dili” fənni üzrə test imtahanında iştirak edəcək. 2016-cı ildə "Azərbaycan dili" fənni üzrə test imtahanında "məqbul" alan 59 abituriyent isə cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılacaqpia.az