Biləsuvarda intihara cəhd edən usta Salyanda dünyasını dəyişdi

Bu gün Biləsuvar rayonundakı parkların birində intihara cəhd hadisəsi baş verib
Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə,1979-cu ildə anadan olmuş Salyan şəhəri, Plastik qəsəbə sakini Ələkbərov Yadigar Əbülfəz oğlu 1 şüşə sirkə turşusu içərək intihara cəhd edib.Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Yadigar Ələkbərovun vəziyyəti kritik dərəcədə ağır olduğundan təcili-yardım maşını ilə Bakı şəhərindəki xəstəxanaya aparılarkən Salyan rayonunun ərazisində keçinib.Qonşularının bildirdiyinə görə, 2 azyaşlı uşaq atası olan Yadigar Ələkbərov Salyan şəhərində kondisioner ustası olub və gün-güzəranı da pis olmayıb. Ailəsində də elə bir problemi olmadığı deyilir. Odur ki, onun hansı səbəbdən intihar etdiyi hələlik bilinmir.Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.pia.az