Ağdamda 62 yaşlı qadın intihara cəhd edib

Ağdamda 62 yaşlı qadın intihara cəhd edib
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Çəmənli kəndində qeydə alınıb. Kənd sakini Pənahova Zərqələm Ərşad qızı yaşadığı evdə zəhər içərək intihara cəhd edib. Z. Pənahovanı evə gələn qohumlar huşsuz vəziyyətdə tapıb. Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılan qadınını vəziyyəti orta-ağırdır. Faktla araşdırılır.pia.az