Apas Camaqulov Bakı ilə münasibətlərin gərginləşməsindən danışdı

Qırğızıstanın keçmiş baş naziri Bakı ilə münasibətlərin gərginləşməsi barədə
Qırğızıstanın keçmiş baş naziri və Azərbaycandakı səfiri Apas Camaqulov haqqin.az-a eksklüziv müsahibəsində iki ölkə arasında yaranmış gərginlikdən danışıb.Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü dünyanın bütün ölkələri tərəfindən tanınıb. “Bu baxımdan, İslamabadda Qırğızıstan nümayəndəsinin İƏT-in yekun sənədini imzalamaqdan boyun qaçırmasını anlamıram. Son nəhayətdə, Bişkekin bu sənədə qoşulmamasının səbəblərini konkret olaraq aydınlaşdırmaq və izah etmək lazım idi”, - Camaqulov deyib.O, sözlərinə əlavə edib: “Qırğızıstanın həmin forumda hansı səviyyədə təmsil olunmasından məlumatsızam. Ola bilsin ki, nümayəndə sadəcə olaraq, məsələdən baş çıxara bilməyib, yaxud da elə bir səlahiyyəti olmayıb”.pia.az