Azərbaycanlı milyarderə qarşı böyük yoxlama başladı

Bolqarıstanın Rəqabətliliyin Müdafiəsi Komissiyası keçən ilin sonundan etibarən “Lukoyl” şirkətinə qarşı yoxlamalara başlayıb
PİA.AZ Axar.az-a istinadən xəbər ki, yoxlamalar pərakəndə bazarda rəqabət mühitinin pozulması şübhəsi ilə başladılıb. Əgər araşdırmalar nəticəsində “Lukoyl”un anti-inhisar qanunlarını pozduğu aşkarlansa, o zaman rus şirkəti 158 milyon dollar cərimə olunacaq.Mətbuat həmçinin Bolqarıstan rəsmilərinin “Lukoyl”un neftayırma zavodunu da yoxladığını bildirib. Rəsmi Sofiyanın iddiasına görə, ölkədəki yanacaq bazarının 70%-ni əlində saxlayan şirkət bu zavoddan istehsal etdiyi məhsulları ölkə daxilinə xaricdən baha satır.Qeyd edək ki, “Lukoyl”un Bolqarıstanda 200 yanacaqdoldurma məntəqəsi və neftayırma zavodu var. Bu, ölkənin yeganə neft ayırma zavodu hesab edilir.“Lukoyl”un prezidenti Vahid Ələkbərovdur.pia.az