Azərbaycanlı prodüser Zaur Kamal vəfat edib

Moskvada azərbaycanlı prodüser və bəstəkar Zaur Kamal dünyasını dəyişib
Ümumdünya Festival Təşkilatçıları Assosiasiyalarının üzvü Zaur Kamalın ölümünə səbəb insult olub. O, son illər Moskvada yaşayırdı və Saşa Ten adı altında şeir yazır və mahnılar ifa edirdi. Zaur Kamal Rusiya Musiqi Akademiyasının məzunu olub. Çoxsaylı bəstələri ilə yanaşı, “Başa bəla” uşaq qrupunun yaradıcısı olub. O, musiqilərlə yanaşı, şeirləri də məşhur idi.Marıtn 14-də Zaur Kamalın 65 yaşı tamam olmuşdu. Allah rəhmət eləsin! (1news.az)pia.az