Çempionlar Liqası və Avropa Liqasının püşkü atılacaq

Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılacaq
 “Qafqazinfo” xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.Tədbirdə qitənin ən nüfuzlu klub turnirində çıxışını davam etdirən 8 komanda 4 cütlüyə bölünəcək. Kor püşk atıldığından istənilən komanda istənilən rəqiblə üz-üzə gələ bilər.Çempionlar Liqası1/4 final"Real" (İspaniya)"Atletiko" (İspaniya)"Barselona" (İspaniya)"Lester" (İngiltərə)"Bavariya" (Almaniya)"Borussiya" (Dortmund, Almaniya)"Yuventus" (İtaliya)"Monako" (Fransa)Bu gün həmçinin Avropa Liqasının da 1/4 final mərhələsinin püşkü atılacaq. Bakı vaxtı ilə saat 16:30-da keçiriləcək mərasim İsveçrənin Nyon şəhərində baş tutacaq.Avropa Liqası1/4 final(13 və 20 aprel)“Beşiktaş” (Türkiyə)“Mançester Yunayted” (İngiltərə)“Lion” (Fransa)“Şalke” (Almaniya)“Selta” (İspaniya)“Anderlext” (Belçika)“Genk” (Belçika)“Ayaks” (Hollandiya)pia.az