Bu gün Eldar Sultanovun doğum günüdür

Bu gün Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri, mətbuatın dostu Eldar Sultanovun doğum günüdür
 Martın 16-da prokurorluq rəsmisinin 54 yaşı tamam olur.1963-cü il martın 16-da Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olan E.Sultanov 1969-1979-cu illərdə orta təhsil alıb. E.Sultanov Azərbaycan Aqrar Universitetinin iqtisadiyyat və Bakı Dövlət Universitetinin hüquq fakültələrini bitirib. 1983-cü ildən dövlət qulluğunda çalışan E.Sultanov 2001-2006-cı illərdə Azərbaycan Milli Məclis sədrinin köməkçisi vəzifəsində çalışıb. 2007-ci ildən Baş Prokurorluğun Təşkilat Analitik İdarəsinin prokuroru vəzifəsində xidmətə başlayıb, 2008-ci ildən Baş Prokurorluğun mətbuat xidmətinə rəhbərlik edir. Həmin vaxtdan bu günə qədər E.Sultanov media ilə sıx əməkdaşlıq edir, KİV-lə qarşılıqlı münasibətlərin daha da yaxşılaşmasına və yüksək əməkdaşlığa nail ola bilib.pia.az