Xırdalandakı faciədə ölən Mələk və Turanənin FOTOsu

Bu gün Xırdalanda baş verən faciədə Bakı Dövlət Humanitar və İqtisadiyyat Kollecinin iki tələbəsi vəfat edib
Lent.az-a açıqlama verən kollecin şöbə müdiri Lalə Əzimova bildirib ki, Gəncə şəhərindən olan Mələk Abbasova kollecin yaxşı oxuyan tələbələrindən olub: “O, nizam-intizamlı, yaxşı oxuyan tələbə idi. Zəhərlənmə hadisəsi bu gün səhər saat 5 radələrin dəlub. Çünki tələbə yoldaşları deyir ki, gecə saat 4-ə qədər Mələk vatsapda xəttdə olub. Turanə Xanlayevaya gəlincə, onun anası və özü onkoloji problemlə bağlı müalicə alırdı. Bu səbəbdən də 1 aya yaxın idi ki, dərslərdə iştirak etmirdi.” Qeyd edək ki, kollecin Bank işi fakültəsinin ikinci kursunda təhsil almış Turanə Xanlayeva 3 yaxın qohumu ilə birgə dəm qazından boğularaq ölüb. Turanə Xanlayevanın və Mələk Abbasovanın fotosunu təqdim edirik.pia.az