Orxan Fikrətoğlunun əsəri Türkiyədə tamaşaya qoyulur

Orxan Fikrətoğlunun “İtki” povesti Türkiyənin Antalya şəhərində yerləşən “Şimal Sanat” teatrında tamaşaya qoyulur
Yazıçının Kulis.aza verdiyi məlumata görə “Yetik” adlı tamaşanı rejissor Osman Utkuatış səhnələşdirir. Aprelin sonu, mayın əvvəllərində tamaşanın Antalyada premyerası keçiriləcək. Baş rollarda aktyorlar Hüseyn Bozdağ, Fatma Arabaçı oynayacaq. Tamaşanın Stokholm festivalına təqdim olunması, daha sonra Bakıda da nümayişi gözlənilir. Qeyd edək ki, hazırda Türkiyədə Orxan Fikrətoğlunun “Tək” povestinə də film çəkilməsi planlaşdırılır. pia.az