Premyer Liqada XXIII turun oyunlarının vaxtı açıqlandı

Azərbaycan Premyer Liqasında XXIII turun oyun cədvəli açıqlanıb
PİA.AZ apasport.az-a istinadən xəbər verir ki, millinin oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsindəki son tur martın 18-19-da baş tutacaq. Turun "Neftçi" və "İnter" arasında mərkəzi oyun turun ilk günü baş tutacaq. Qarşılaşma qeyri-adi vaxtda - 19:37-də start götürəcək. Bu da "Neftçi"nin 1937-ci il martın 18-də yaranması ilə bağlıdı. Paytaxt derbisi 80 illiyə təsadüf etdiyindən matç bu saatda start götürəcək. Həftənin son matçında isə ötən mövsümün mükafatçıları qarşılaşacaq. Martın 19-da keçiriləcək "Zirə" - "Qarabağ" matçı 18:30-da başlayacaq. Qeyd edək ki, bütün oyunlar "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq. XXIII tur18 mart (şənbə) 16:00. "Kəpəz" - "Sumqayıt"Gəncə şəhər stadionu 19:37. "Neftçi" - "İnter"8-ci km qəsəbə stadionu 19 mart (bazar) 15:30. AZAL - "Qəbələ""AZAL Arena" 18:30. "Zirə" - "Qarabağ"Zirə İdman Kompleksinin stadionupia.az